(davamı-5)
- Sən onu öldürəcəksən?
- Tezliklə Xosrov özü özünü öldürəcək.
- Sən gələcəyi görürsən?
- Yox, mən gələcəyi gətirən qanunları bilirəm.Şirin kəhər at yedəyində Bağıstanın ətəyinə yenəndə dönüb Fərhadın köklü qayaları kökündən çıxarıb atmasına yenə baxdı, baxa-baxa Fərhadı bir də görməyəcəyinə inanıb ağladı. Düzünə qalanda onların birinci-sonuncu görüşü baş tutmamışdı, buna görüş demək olmazdı – Fərhad işini görmüşdü, Şirin də bir qıraqda durub ona baxmışdı, Fərhad nəfəs dərəndə danışıb-deyişmişdilər. Şirin görüşün niyə alınmadığını başa düşürdü: Fərhadla görüşməyin tək yolu onun çəkdiyi rəsmlərdən keçirdi. O rəsmlərin sərhədini adlayan Fərhadın torpağına ayaq basırdı. Könül sultanlığının torpağından qıraqda onu görən olmamışdı.
Davamı...

