Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Avqust 20, 2008 15:26

  Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?

Dünya tarixini maraqlandıran şəxsiyyətlərdən biri də daha çox Nastradamus adı ilə tanınan Mişel de Notrdamdır. Əslində o, kim idi? Əfsanəvi həkim, yoxsa məşhur astroloq? Bəlkə ən gözlənilməz şərhlər üçün geniş imkan yaradan peyğəmbər idi? Və ən nəhayət, dahi sufi, yoxsa sehrli kələkbaz? 500 il keçməsinə baxmayaraq, bu suallar hələ də bu gün insanları maraqlandırır. Tarixdə elə astroloq yoxdu ki, bu şəxsiyyətə pərəstiş etməsin.
Milliyyətcə yəhudi olan Mişel de Notrdam 14 dekabr 1503-cü ildə Sen Remidə (Provans, Fransa) dünyaya gəlib. Ailə kasıb olduğundan ilk təhsilini elə evdə alıb. İbtidai təhsili klassik ədəbiyyatı, tarixi, astrologiyanı və xalq təbabətini əhatə edirdi. Daha sonra o, təhsilini davam etdirmək üçün Avinyon universitetinə daxil olur. Burda filosofiya, qrammatika və bəlağət elminə yiyələnir.

Davamı...
Avqust 20, 2008 14:11

  Gülnarə RƏFİQ. "Ferens List – pianoçu, bəstəkar, yoxsa rahib?"

«Başqalarına kömək eləyə bilməyəndə əziyyət çəkirəm»

…Milli teatrın salonunda List piano arxasında macar milli kostyumunda ifa edir. Konsertin sonunda qraf Feştetiç 5 zadəganın müşayiətiylə səhnəyə qalxaraq macar xalqının adından fəxri hədiyyəni təqdim elədi. Macar parad qılıncını hədiyyə alandan sonra evə gedərkən Listi yanar məşəllərlə müşayiət edən xalq evə yola salırdı. Adətən onun konsertlərinə aristokratiya milli kostyumlarda gəlirdi.
…Listin pəncərələri altında musiqi və rəqslərdən ibarət serenada səslənir. Meydançada azı 700-800 adam toplaşmışdı. Nitq söyləmək əvəzinə List royalı pəncərəyə tərəf çəkməyi xahiş edir. Pəncərə altında dayananlar açıq pəncərədən Listin «Macar rapsodiyaları»nı bir daha dinlədilər.
…Macarıstan Listin yaradıcılıq yolunun 50 illiyinə hazırlaşır. List Budapeştə gələndə yollar onun evinə qədər minlərlə adamla dolub triumfal yürüşə çevrilmişdi. «Ruhum və

Davamı...
Avqust 20, 2008 13:58

  Gülnarə RƏFİQ. "Böyüklərçün qorxulu nağıl"

 

 

Yaxud od (yəni neft) hava, torpaq və suyu necə korladı

"Siz hara getdiyinizi bilmirsizsə çox guman ki, istəmədiyiniz bir yerə düşəcəksiz..." Piter

Davamı...
Avqust 19, 2008 17:31

  Səməd Behrəngi. "Səksəkə yaxud "ölümün peyki"

Doktorla görüşüb söhbət etməzdən qabaq bu mövzu mənim fikrimi bərk məşğul etmişdi. Nə üçün adamlar cüzam xəstəliyinə mübtəla olanları özlərindən uzaqlaşdırır, sonsuz narahatlıqla onlardan qaçır, rəhmsizcəsinə onları məhv etmək fikrinə düşürlər?

 Hamısından qəribəsi odur ki, adamlar bu barədə az da olsa narahatlıq hissi keçirmirlər. Mən azacıq belə yubanmadan bu mövzunu araşdırmağa başladım.
Doktor Mübəyyin (xəstəxananın baş həkimi—tərcüməçi) mənim sorğuma acı gülüşlə cavab verdi:

Davamı...
Avqust 19, 2008 17:16

  Camal Mustafayev. "Fəzlullah Nəiminin iziylə"

  Təsəvvüfün (sufiliyin) təzahürlərindən olan hürifilik çoxdan tədqiq edilir. Buna baxmayaraq hürufiliyin nə qədər müəmmaları açılmamış qalmaqdadır. Bu təriqətin banisi fəzlullah Nəiminin faciəsi belə müəmmalardandır. Onun tarixi taleyi haqqında doğru-dürüst təsəvvürümüz yoxdur. Bu sahədə qaynaqlarda gizli qalan gerçəkləri üzə çıxarmağa, elmə gətirməyə ehtiyac var.
Bu araşdırma həmin ehtiyacı ödəmək üçün qələmə alınıb. Osmanlı imperiyası tarixindən əxz edilən məlumatlar əsasında yazılıb. Həmin məlumatlarda fəzlullahın faciəsinin sırf siyasi motivi açıqlanır. Şairliyi, şeirləri, hürufi düşüncə tərzi xüsusunda söhbət getmir. filosof, təriqət başçısı kimi onun fəaliyyətinin mülkiyyət qeyri-bərabərliyinin ziddinə yönəldiyi bildirilir. O, bu üsyankar qayəsi yolunda əzabla edam edilib. Qaynaqların bəzisində diri-diri dərisi soyularaq öldürüldüyü deyilir. Bəzisində isə neçə həmfikirlərilə birgə tonqalda yandırıldığı yazılır. Hadisə Birinci Sultan Muradın (1359-1389) dövründə Türkiyədə vaqe olub. Türk tarixçisi Aşıkpaşa oğlu (1393-1481) hadisəni qısaca təsvir edib. Tarixçi “Tevarih-i Al-i Osman” kitabında fəzlullahın Sultan

Davamı...
Avqust 19, 2008 17:03

  Vladimir Nabokov. "Sərnişin" (Hekayə)

1Çevirəni: Rəbiqə Nazimqızı

- Bəli, həyat bizdən istedadlıdır, - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi. - Bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.
- Bütün hüquqlar müəllifin əlindədir,- tənqidçi – yaxındangörmədən əziyyət çəkən, nazik, çevik barmaqlara sahib ciddi adam gülümsəyərək pıçıldadı.
- Bizə yalnız kələk gəlmək qalır,- yazıçı dalğın halda kibriti tənqidçinin boş qədəhinə ataraq, sözlərinə davam etdi. - Filmin rejissoru məşhur romanla nə edə bilərsə, biz də yalnız həyatın yaratdıqları ilə eyni şeyi edirik. Rejissora lazımdı ki, şənbə axşamı qulluqçular darıxmasınlar, bu səbəbdən də, o, romanı tanınmayacaq dərəcədə dəyişdirir, xırda-xırda doğrayır, tərs üzünə çevirir, minlərlə epizodu atır, özünün

Davamı...
Avqust 19, 2008 16:44

  Dino Buttsati. "Dostlar" (İtaliya)

Dino Buttsati (1906-1972) yaradıcılığının ilk dövründə İtaliyanın ən mötəbər qəzetlərindən biri olan "Korriere della Sera"nın müxbiri kimi tanınırdı. Onun yüksək jurnalist peşəkarlığı ölkənin ictimai-siyasi dairələrində danılmaz bir nailiyyət kimi qəbul edilsə də, son zamanlar adının ən görkəmli italyan yazıçıları ilə bir sırada çəkilməsi, artıq, XX əsr İtaliya ədəbiyyatının yeni uğuru sayılmalıdır.
D.Buttsati yaradıcılığını XX əsrin əvvəlləri məşhur Avtsriya ədibi Kafkanın "səthi əksi" kimi qələmə verən bir sıra tənqidçilərin əsassız təqiblərinə baxmayaraq, onun ədəbi irsi bu gün də tam ləyaqəti ilə yaşayır və öz yüksək qiymətini təsdiqləməkdə davam edir.

Davamı...
Avqust 19, 2008 14:13

  Köklüyün 8 gizli səbəbi

Köklüyün ən böyük səbəbi oturaq, hərəkətsiz yaşam tərzidir. Ancaq mütəxəssislər kökəlməyə gətirib çıxaran başqa amilləri də unutmamağı msləhət görürlər.


Endokrinoloqlar köklüyə səbəb olan yeni faktorları ortaya çıxarıblar. Budur insanı kökəldən yeni düşmənlər...

Yuxu problemləri

Davamı...
Avqust 8, 2008 20:04

  Orxan Orxanov. "Mən Səni sevirəm, Ulrike!"

   I yazı
   
   
   “Sistemə və susan çoxluğa qarşı” silsiləsi

      “Artıq indidən meyitimi qaçırıb gizlətdiyizi, qapıları vəkillərimin üzünə bağladığınızı görən kimiyəm. Ulrike Meinhof özünü asdı deyəcəksiniz. Qanlı əllərinizlə qapıları üzlərinə bağlayacaq və şəkil çəkməyi, sual verməyi qadağan edəcəksiniz. Qadağandır deyəcəksiniz, meyiti müayinə etmək qadağandır! Sual vermək, düşünmək, fikir bildirmək qadağadır! Qadağandır!.. Bircə içinizdəki qorxunu qadağan edə, aradan qaldıra bilməyəcəksiniz. Hər bir qatilə məxsus o qorxunu öz içinizdə qadağan edə bilməyəcəksiniz!”
   
   Dario Fo “Mən Ulrike bağırıram” tamaşasından

Davamı...
Avqust 8, 2008 19:53

  Məmməd İsmayıl: "Biz süni qəhrəmanlar yaratmışıq..."

Biz süni qəhrəmanlar yaratmışıq

   Məmməd İsmayıl:
   "Ziyalını arvadının, qızının, oğlunun problemi yox, xalqın problemi narahat etməlidir. İndi mən soruşuram, Azərbaycanda özünə ziyalı deyənlər arasında varmı beləsi?"
   
   
Xeyli vaxtdır Türkiyədə yaşayan və çalışan görkəmli şair, dönməz ziyalı Məmməd İsmayıl uzun fasilədən sonra Azərbaycanda ilk dəfə olaraq "Alma" qəzetinə danışdı
   
   - Məmməd bəy, ölkəyə gəlişinizin səbəbi nədir -istirahət, yoxsa işgüzar səfər?
   - İşgüzar deyil, amma adına istirahət də demək olmaz. İşlədiyim yerdə ildə iki dəfə

Davamı...
Avqust 8, 2008 17:46

  Universitetlərdə ödənişli təhsilin qiymətləri

Azərbaycanın 27 dövlət universitetində ödənişli təhsilin qiymətləri Lent.az-da!

Bu il ali məktəblərə qəbul imtahanları üzrə keçid balları açıqlandıqdan sonra Salyan rayonundan olan 17 yaşlı abituriyent Şəhla Arifcan qızı Hümbətova özünü asmışdı. Çünki onun topladığı 300 balla yalnız pullu fakültələrdə təhsil almaq olardı.


Valideynləri isə buna maddi imkanlarının çatmayacağı barədə övladına xəbərdarlıq etmişdilər. Bu xəbərdarlıq pis nəticələndi. Biz bu xəbəri “Salyanda test faciəsi” deyə keçmişdik...
Davamı...
Avqust 4, 2008 20:49

  Tofiq Abdin. "VASİLİ ŞUKŞİNLƏ VİDA GÜNÜ"

 Hər dəfə yüzlərlə həvəskarın bir məşhur idmançıdan, kino ulduzundan, tanınmış müğənnidən avtoqraf aldığını görəndə təəccüblənirəm. Axı Lyüdmila Truşşevanın, Aleksey Batalovun, Müslüm Maqomayevin adicə imzaları onların nəyinə gərəkdir?
   Bəlkə bu, çox böyük hörmətdən və dəlicəsinə vurğunluqdan irəli gəlir? Bəlkə də. Ancaq bir də görürsən ki, həmin "ulduzlar" öz vurğununun istəyinə cavab vermək istəmir. Bunun mən dəfələrlə şahidi olmuşam. Və hər dəfə bu mənə çox pis təsir eləyib. Əgər bir nəfərin vurğunu, heyranısansa məcbur deyil ki, ondan avtoqraf alasan.
   Biz jurnalistlər işimizlə bağlı cürbəcür adamlarla vədələşirik. Odur ki, on dəqiqəlik söhbət üçün on günlərlə vəd alırıq. Bəzən bizi eşitmək istəmirlər. İşi isə mütləq görməlisən. Belə vaxtlarda adam özünü təhqir olunmuş hesab eləyir. Mən bunu ona görə deyirəm ki, vurğunu olduğu adamdan imza, avtoqraf ala bilməyənləri indi yaxşı başa düşürəm.
   Jurnalist yoldaşlardan biri danışır ki, o, Vasili Şukşinlə görüşməyə nə qədər vaxt sərf eləyib. Nə qədər əziyyət çəkib. Əlbəttə, belə adamla görüşmək üçün bəlkə də əziyyət

Davamı...
Avqust 4, 2008 16:51

  Pekin-2008. Baxaq, baxmayaq? (Baykot edəkmi?)

Pekin-2008. Baxaq, baxmayaq?

İlkin Əlisoy, QayNar

Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq. Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.

Davamı...
Avqust 4, 2008 16:47

  "Dastani-Hərami" məsnəvisi - 3. (əski ərəb əlifbasıyla)


گئچه ر، اوندان گيرير قوللار قاتينا،
تانا قالدي بولارين هئيبتينه.
اول اوتوراقدا کيم قوللار اوتورموش،
قيليجي، حربه لر الده گؤتورموش.
کيمي يالين پيچاق الينه آلميش،
ايشينده هر بيريسي حاضير اولموش.
بير افسون اوخويوب تورپاغا اوردو،
بولارين اوستونه اونو ساووردو.
قاموسو اويخويا وارديلار اونلار،
او قيرخ سرهنگ، ياراقلي اوتورانلار.
آشاغا دورانين کسدي باشيني،
گؤرون بو چرخ-ي غددارين ايشيني.
اونو قويدو، بيريسين دخي کسدي،
Davamı...
Avqust 4, 2008 16:44

   "Dastani-Hərami" məsnəvisi - 2. (əski ərəb əlifbasıyla)

دانيشدي بير-بيرييله، دوردو اونلار.
دئديلر: اول حرامي بو کيشيدير
اؤزونو مين اره وورماق ايشيدير.
قاتيندا بونلارين گور ساز وار ايدي،
گؤل ايچينده چوخ اؤرده ک، قاز وار ايدي.
ايگيت آيدير کي، قيزي گيزله يه ليم،
حرامي`يي ياليقيز گؤزله يه ليم.
گليب سؤيله رسه جنگه دوروشاليم،
اونونلا جنگ ائده ليم، ووروشاليم.
نئچون اوز دؤنده ره ليم بير کيشيدن،
نه دئييسه ر بيزي، آيدين ائشيده ن.
اؤنوردو [اوتوردو؟] مسکنتله، سؤيله يه ليم
بجيت اولور ايسه، جنگ ائيله يه ليم.

Davamı...
Avqust 4, 2008 16:25

  "Dastani-Hərami" məsnəvisi (əski ərəb əlifbasıyla)

داستان-ي احمد-ي حرامي

مئهران باهارلي

٢٠٠٨

كيتابين آدي احمد-ي حرامي اولسا دا؛ اونون آنا قونوسو، گول اندام آدلي اردملي، اؤزوئريلي، آلچاق كؤنوللو و عئيني حالدا سون درجه اوسلو و سويوق قانلي گنج بير قيزين باشيندان گئچه نلردير. اثر، گول اندام`ين وئردييي ياشام ساواشي، ايچ دونياسي، اوموت و قورخولاريندان كسيتلر و يانسيمالاردان اولوشور. دستان اؤزه لليكله گول اندام`ين چئوره سينده كي ارككلرله (آتاسي "شهنشاه"، اونو اؤلدورمه يه قالخيشان "احمد حرامي"، ياشاميني قورتاران "خوجا روستم" و اري "گول افروخ شاه") اولان ايليشگيلريني باشاريلي و اؤزگون بير شكيلده سرگيله يه بيلمه سي باخيميندان، اولدوقجا ايلگي چكيجي و ده يه رليدير.
سؤزوموز

Davamı...
Avqust 4, 2008 15:56

  AZƏRBAYCAN 2013-CÜ İLDƏ YÜKSƏK GƏLİRLİ ÖLKƏLƏR SIRASINDA...

AZƏRBAYCAN BEYNƏLXALQ VALYUTA FONDUNUN PROQNOZLAŞDIRDIĞI 2013-CÜ İLDƏ YÜKSƏK GƏLİRLİ ÖLKƏLƏR SIRASINA DAXİL OLACAQDIR

Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatının artım tempi ilə bağlı son açıqlamaları bəzi yerli və xarici kütləvi informasiya vasitələrində yanlış şərh edilir, proqnozlar saxtalaşdırılır və bununla da ölkəmizin uğurları üzərinə kölgə salmağa cəhd göstərilir. Bəs, əslində real vəziyyət necədir?
Milli Məclisin deputatı, İqtisadi İslahatlar Fondunun prezidenti Azər ƏMİRASLANOV AzərTAc-a müsahibəsində məsələyə aydınlıq gətirir.
 


-Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda iqtisadi artım tempi ilə bağlı son proqnozlarına münasibətinizi bilmək istərdik.

Davamı...
Avqust 4, 2008 15:37

  Kino Günü haqqında tənqidi düşüncələr? (FOTOLAR)

Zəif təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi

Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə?

Yaxşı deyiblər, «utanmasan oynamağa nə var ki». Əsl bizə ünvanlanmış deyimdir. Azacıq da olsa utanan üzümüz olsaydı, Milli Kino bayramını birdəfəlik unudardıq. Ona görə yox ki, mədəniyyətimizə, kino tariximizə xəyanət edirik. Sadəcə, «Milli Kino» bayramımız deyə hesabat vermək xatirinə qeyd olunacaqsa, unutmağımız daha yaxşıdır. Söhbət təkcə kinodan getmir. Bütün mədəni tədbirlərimiz bu səviyyədədir.

Davamı...
Avqust 4, 2008 15:33

  Aleksandr Soljenitsın dünyasını dəyişdi. (şəkillər, əsərləri, rusca məqalə)

Aleksandr Soljenitsın vəfat edib

Məşhur Rusiya yazıçısı və dissidenti Aleksandr Soljenitsın vəfat edib.
A. Soljenitsın bazar günü Moskva vaxtı ilə saat 23.45-də öz evində dünyasını dəyişib. Ölümə kəskin ürək çatışmazlığı səbəb olub.
A. Soljenitsın 1918-ci ildə Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin fizika-riyaziyyat, Moskva Fəlsəfə İnstitutunun tarix və ədəbiyyat fakültələrini bitirib. Böyük Vətən Müharibəsində iştirak edib. 1945-ci ilin fevralınadək döyüşərək kapitan rütbəsinə qədər yüksəlib. Ancaq bir dostuna

Davamı...
Avqust 2, 2008 22:22

  XX əsr polyak şeri. YAÇEK POSYADLO. Şeirlər

1

Rus dilindən çevirəni: Tərlan

NAHAR

Birgə həyatımız
açıq-aşkar alınmır.
Bu nahar
olsun ki, sonuncu açılan
vida süfrəsidir.
İş belədir ki, mən
siçan tələsi almışam,
və biz pendir yeyirik:
mən - boşqabdan,

Davamı...
Avqust 2, 2008 22:18

  Qaraçı Fellini: Əmir Kusturitsa

KusturitsaSerblər onu müsəlman olduğuna, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə sevmirlər

“Kino Həftəsi”

Uşaq, dəli, Fransada yaşayan serb, müsəlman, siyasətçiləri duelə çağıran və ya onların arvadlarıyla saçyoldusuna çıxan- bütün bunlar rejissor Əmir Kusturitsa deməkdir.
Əmir Kusturitsa çox tez-tez və məmnuniyyətlə deyir ki, o heç kimdir və heçlikdən gəlir. Ümumiyyətlə, onun həyatında həmişə “yox” sözü “hə” sözündən vacib yer tutur. Bəlkə elə buna görə, onun filmləri həddindən artıq şəndir. O, özünü yuqoslav adlandıran (bilə-bilə ki, belə millət yoxdur) serb mənşəli müsəlmandır. Serblər onu müsəlman olduğuna görə sevmirlər, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə. Kinotənqidçilər onun filmlərini sırf kiç (pop-art), tamaşaçılar isə çox intellektual hesab edirlər.

Davamı...
Avqust 2, 2008 15:46

  Məşhur ingilis lətifələri onluğu (rusca)

Гомер Симпсон - истинный американец. Но в далеком прошлом тоже отметился. Кадр из мультсериала "Симпсоны".
Гомер Симпсон - истинный американец. Но в далеком прошлом тоже отметился. Кадр из мультсериала "Симпсоны".

Davamı...
Avqust 2, 2008 15:40

  Əbülfəz Elçibəyin kitabları (e-formatda, latın və ərəb qrafikasında, oxu proqramıyla birgə)

Avqust 2, 2008 15:29

  Əcnəbi oğlanlar & jurnalist xanımlar - ARAŞDIRMA (Lent.az)



Media təmsilçilərimiz gələcək həyatlarını yerli oğlanlarımıza niyə etibar etmirlər?

Son illər azərbaycanlı qızların başqa millətin nümayəndələri ilə ailə qurması halları artıb. Amma bir neçə il əvvəl biz bunun tam əksini müşahidə edirdik. Bir neçə il əvvələ qədər bizim oğlanlar əcnəbi qızlara, xüsusilə də rus xanımlarına üstünlük verirdilər. Amma indi fələk dəyirmanın çarxını tərsinə döndərib...

Əcnəbilərlə ailə quran xanımlar arasında jurnalistlər çoxluq təşkil edir. Son illər
Davamı...
Avqust 2, 2008 15:12

  Prezident seçkiləri: Siyasətin qaynar şənbəsi

 
Azərbaycan siyasətinin seçki palitrası bir günə müəyyənləşdi

Bu gün (02.08.2008) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı palitra əsasən müəyyənləşib. Bu şənbəni digərlərindən siyasi xəbərin çoxluğu və anbaan dəyişən gəlişmələr fərqləndirib. Günün siyasi hərəkətliliyinə rəğmən, sonda ortaya o qədər də aktiv olmayan mənzərə çıxıb.

Gün Yeni Azərbaycan Partiyasının IV qurultayı ilə başlayıb. Hakim partiya Azərbaycan prezidenti və sədri İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədlik yekdilliklə dəstəklənib.

Davamı...
Avqust 1, 2008 15:46

  Perç Zeytunsyan. "On nəfərdən biri". (Ermənistan)

1On nəfərdən biri

Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…
***

Davamı...
Avqust 1, 2008 15:43

  Azərbaycan mətbuatında böyük skandal

Danimarka XİN-i 1 milyon avroluq layihəni Azərbaycana niyə gətirib?
Xarici təşkilat partnoyr kimi Arif Əliyevi seçməsində hansı amillər rol oynayıb?

Oktyab  ayından Azərbaycanda media ilə bağlı böyük layihələrə start verilir. Dünyanın 25-dən çox ölkəsində media inkişafı sahəsində çalışan «İnternation Media Support» (İMS- Beynəlxalq Mediaya Dəstək) təşkilatın Azərbaycana dörd illik layihələri başlayacaq.

 Bəs bu təşkilatın Azərbaycandakı partnyorları kimlərdir və onlar hansı işləri hədəfləyiblər? Qəzetimizə bu haqda bir sıra maraqlı faktlar daxil olub.
Öncə qeyd edək ki, 4 il müddətinə nəzərdə tutulan layihələrin icrası üçün 1 milyon

Davamı...
Avqust 1, 2008 15:40

  Aqil Ələsgər "Ergenokon"la bağlılığına aid ittihamlara aydınlıq gətirdi

Aqil Ələsgər  
"Ergenekon" əməliyyatı çərçivəsində gözaltına alınan bəzi insanlarla münasibətlərimiz yalnız jurnalistika çərçivəsində olub"

QayNar: "Yeni Çağ" internet qəzetinin baş redaktoru, Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər media əhlinə müraciət ünvanlayıb. Müraciətdə son günlər onun və qəzetinin əleyhinə internetdə? o cümlədən bəzi media orqanlarında aparılan kampaniyaya toxunulur və bir çox məslələrə aydınlıq gətirilir. Müraciəti olduğu kimi oxucularımıza da təqdim edirik.

Davamı...
İyul 31, 2008 19:55

  Maraqlı e-kitablar olan sayt və kitablar

Yeni e-kitabxananın resurslarından sizlər də faydalanın...

Bölmələr      Fayllar

folder icon 1 Tarix
Davamı...
İyul 31, 2008 19:37

  Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşrləri (kataloq)

Mərkəzin sədri tanınmış yazıçı Afaq Məsuddur.

Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılmışdır.

Mərkəzin məqsədləri:

·                   dünya ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və yayılması;

·                   Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin dünya dillərinə tərcüməsi;

Davamı...


Yazılar cəmi: 1110    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank